Nepalda avqustun 26-da baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 919 nəfərə çatıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində Nepal və Çin ərazilərində ümumilikdə 4 793 nəfər itkin düşmüş hesab olunur. Nepalda 903 nəfərin öldüyü, 4 247 nəfərin isə itkin olduğu bildirilir. Çinin Tibet bölgəsində isə 16 nəfərin öldüyü və 546 nəfərin itkin düşdüyü qeyd olunur.
Daşqınlar Nepalın şimalında, xüsusilə hidroenergetika layihələrinin yerləşdiyi ərazilərdə ciddi dağıntılara səbəb olub. Yüzlərlə işçinin tunellərdə qapalı qalmasından ehtiyat edilir və xilasetmə əməliyyatları davam etdirilir.
Hazırda xilasedicilər dağıntılar altında və tunellərdə qalan şəxslərin axtarışını davam etdirirlər. Fəlakətin miqyası səbəbindən ölənlərin və itkin düşənlərin sayının dəyişə biləcəyi bildirilir.
