Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyi bildirilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Rusiya hərbçiləri Zaporojye istiqamətində Novopavlovka və Çervonaya Krinitsa yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər.
Qeyd edək ki, sözügedən məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
