Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
ilkinxeber.az informasiya agentliyi AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı danışıb.
Prezident qeyd edib ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.
İlham Əliyevin sözlərinə görə, hazırda Ermənistanla qarşılıqlı ticarətin həcminin artırılması, məhsul çeşidlərinin genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində birgə iş aparılır.
