İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sosial şəbəkələrdə “By Ella” adı ilə tanınan bloqer Lalə İlham qızı Məmmədova hava limanında saxlanılıb.
Məlumata görə, bloqer Azərbaycandan Türkiyəyə narkotik vasitə apararkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Bakıdan İstanbula uçuş zamanı tutulub. Onun üzərində külli miqdarda narkotik vasitə aşkar edildiyi bildirilir.
Lalə Məmmədova Səbail Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.
“By Ella” ləqəbli bloqer həbs edildi
Şərh edilməmiş
