Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 1/8 final mərhələsində növbəti oyununa çıxacaq.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.
İstanbulda yerləşən “Sinan Erdem” İdman Salonunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi Bakıda keçirilən qrup mərhələsində 8 xal toplayaraq C qrupunu üçüncü pillədə başa vurub və pley-off mərhələsinə yüksəlib. Türkiyə isə A qrupunda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan Türkiyə cütünün qalibi 1/4 final mərhələsində Almaniya və Belçika arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
