Hindistanda gənclər arasında böyük populyarlıq qazanan 35 yaşlı müğənni Ankit Baliyan silahlı hücum nəticəsində həyatını itirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Şamli şəhərində baş verib.
Polisin məlumatına görə, sənətçi idman zalından çıxdığı vaxt iki motosikletlə yaxınlaşan dörd nəfərin silahlı hücumuna məruz qalıb. Hücum edən şəxslər avtomat silahlardan ona atəş açıblar.
Hadisədən sonra polis araşdırmalara başlayıb və şübhəlilərdən ikisinin gizləndiyi məkanı müəyyənləşdirib. Uttar-Pradeş polisinin xüsusi təyinatlı qüvvələri ilə şübhəlilər arasında baş verən atışma nəticəsində hər iki şəxs öldürülüb. Əməliyyat zamanı iki polis əməkdaşı da yaralanıb.
Ankit Baliyan haryanvi dilində mahnıların müəllifi və ifaçısı kimi tanınırdı. Onun ölümünün səbəbləri və hücumun motivləri ilə bağlı araşdırma davam etdirilir.
