Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu barəsində “Prezidentə təhqir” iddiası ilə araşdırma başlanılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu sosial media platformalarında yayılan və Türkiyə Prezidentinə qarşı təhqir ehtiva etdiyi qiymətləndirilən ifadələrlə bağlı araşdırma aparıb.
Araşdırmanın nəticəsinə əsasən, Əhməd Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsi ilə “Prezidentə təhqir” ittihamı üzrə cinayət işi başlanılıb.
Qeyd edək ki, Davudoğlu bir neçə gün əvvəl rəhbərlik etdiyi Gələcək Partiyasının fəaliyyətinə son qoyulduğunu açıqlayıb və aktiv partiya siyasətindən çəkildiyini bəyan edib.
Əhməd Davudoğlu əvvəllər hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni siyasi partiyada fəaliyyət göstərib və onun yaxın siyasi tərəfdaşlarından biri olub
