By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu yazır-Tarixi qəhrəmanlar siyasi uğursuzluqların maskası deyil
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > İlkin Şakiroğlu yazır-Tarixi qəhrəmanlar siyasi uğursuzluqların maskası deyil
Marağlı

İlkin Şakiroğlu yazır-Tarixi qəhrəmanlar siyasi uğursuzluqların maskası deyil

Lamiyə Turqay
Last updated: Sentyabr 4, 2026 10:28 səhər
By Lamiyə Turqay
4 Min Read
Share
SHARE

Azərbaycan siyasətində son dövrlər məni ciddi düşündürən bir mənzərə var.

Siyasi meydanda illərlə görünən, amma cəmiyyətə real nəticə, yeni ideya və ciddi siyasi alternativ təqdim edə bilməyən bəzi fiqurlar gündəmdə qalmağın başqa yolunu seçirlər. Öz fəaliyyətləri ilə diqqət çəkə bilməyəndə tarixə üz tuturlar.

Daha doğrusu, tarixi qəhrəmanlarımızı siyasi mübahisələrin mərkəzinə gətirirlər.

Babək…

Şah İsmayıl Xətai…

Qaçaq Nəbi…

Sabah növbədə hansı tarixi qəhrəmanımızın olacağını bilmirik.

Amma məqsəd aydındır. Gündəmdə qalmaq, diqqət çəkmək, sosial şəbəkələrdə müzakirə olunmaq və illərdir siyasi səhnədə olan adını yenidən insanların qarşısına çıxarmaq.

Mən bunu siyasi uğur hesab etmirəm.

Siyasətçinin işi tarixdə yaşamış insanlarla mübahisə etmək deyil. Siyasətçinin işi bu gün yaşayan insanların problemlərinə cavab verməkdir.

İşsiz gəncə nə təklif edirsən?

Təhsilin problemləri ilə bağlı hansı proqramın var?

Səhiyyənin vəziyyəti ilə bağlı hansı real həll modelini ortaya qoyursan?

Regionlarda yaşayan insanların sosial və iqtisadi problemlərinə münasibətin nədir?

Ölkənin gələcəyi ilə bağlı hansı siyasi və iqtisadi konsepsiyan var?

Cəmiyyətin qarşısına bu suallarla çıxmaq siyasi məsuliyyətdir.

Amma bu suallara cavab vermək çətin olanda tarixdə yaşamış şəxsiyyətlər haqqında sərt fikirlər səsləndirmək daha asan olur.

Çünki tarixdə yaşamış insan qarşında dayanıb cavab verməyəcək.

Babək cavab verməyəcək.

Şah İsmayıl cavab verməyəcək.

Qaçaq Nəbi cavab verməyəcək.

Amma onların adı xalqın yaddaşında yaşayır.

Məhz buna görə də tarixi qəhrəmanların adından siyasi gündəm düzəltmək həm ucuz, həm də məsuliyyətsiz yanaşmadır.

Şah İsmayıl Xətai tariximizin mübahisə mövzusu yox, araşdırma mövzusudur. Onun adından siyasi gündəm düzəltmək isə tarixə yox, siyasi səhnədə özünə yer axtarmağa xidmət edir.

Əlbəttə, tarixi şəxsiyyətləri tənqid etmək olar. Heç bir tarixi şəxsiyyət toxunulmaz deyil. Tarix sənədlər, mənbələr və elmi araşdırmalar əsasında öyrənilməlidir.

Amma tənqidlə təhqir, araşdırma ilə siyasi manipulyasiya arasında böyük fərq var.

Tarixi şəxsiyyətin fəaliyyətini elmi əsaslarla təhlil etmək başqa şeydir, onun adını gündəlik siyasi çəkişməyə alət etmək tamam başqa.

Bu fərqi bilərəkdən aradan qaldırmaq isə artıq tarixçilik deyil.

Bu, gündəm yaratmaq cəhdidir.

Mənə görə, siyasi uğursuzluğun ən acınacaqlı formalarından biri də budur. İnsan uzun illər siyasətdə olur, amma ortaya qoyduğu fəaliyyət cəmiyyətin yaddaşında ciddi iz buraxmır. Sonra isə öz siyasi boşluğunu tarixi mübahisələrlə doldurmağa çalışır.

Bu zaman siyasi fəaliyyətin yerini siyasi deformasiya tutur.

Çünki siyasət ideya tələb edir.

Siyasət proqram tələb edir.

Siyasət məsuliyyət tələb edir.

Siyasət nəticə tələb edir.

Sosial şəbəkədə hər gün qalmaqallı fikir səsləndirmək, tarixi qəhrəmanlarımız haqqında mübahisəli açıqlamalar vermək və bununla gündəmdə qalmaq siyasi uğur deyil.

Bu, sadəcə görünmək cəhdidir.

Siyasətçi görünmək üçün yox, dəyişmək üçün siyasətdə olmalıdır.

Əgər bir siyasətçi illər ərzində cəmiyyətə real alternativ təqdim edə bilməyibsə, öz siyasi uğursuzluğunu Babəklə, Xətai ilə, Qaçaq Nəbi ilə ört-basdır edə bilməz.

Çünki xalqın yaddaşı sosial şəbəkə lentindən daha uzundur.

Bu gün yaratdığın səs-küy sabah unudula bilər. Amma xalqın tarixi dəyərlərinə münasibətin yadda qalır.

Tarixi qəhrəmanlarımızı hədəfə almaqla heç kim özü tarixə düşmür.

Əksinə, tarix qarşısında kim olduğunu göstərir.

Babək öz dövründə mübarizə apardı.

Şah İsmayıl öz dövründə dövlətçilik tariximizdə böyük iz qoydu.

Qaçaq Nəbi isə xalq yaddaşında mübarizə simvollarından birinə çevrildi.

Onların fəaliyyətini müxtəlif aspektlərdən araşdırmaq olar. Onların qərarlarını tənqid etmək də mümkündür.

Amma onların adını bugünkü siyasi uğursuzluqların reklam vasitəsinə çevirmək olmaz.

Bu xalqın tarixi sizin siyasi tribunaya çevriləcək qədər ucuz deyil.

Tarix bizim ümumi yaddaşımızdır.

Onu parçalamaq, tarixi qəhrəmanlarımızı bir-birinə qarşı qoymaq, cəmiyyəti tarixi şəxsiyyətlər üzərindən qütbləşdirmək siyasət deyil.

Bu, cəmiyyətin yaddaşı ilə oynamaqdır.

Məncə, bu gün siyasətdə olan hər bir şəxs özünə bir sual verməlidir:

Mən tarixdə yaşamış qəhrəman haqqında nə deyirəm yox, öz dövrümdə nə yaratmışam?

Əsl sual budur.

Çünki tarixə düşmək üçün tarixdən istifadə etmək lazım deyil.

Tarix yaratmaq lazımdır.

Və ən sərt həqiqət də budur:

Tarixi qəhrəmanları yıxmaqla heç kim özü qəhrəmana çevrilmir.

Xərçəng: Bəşəriyyətin Qarşısında Böyüyən Təhlükə
Mövsüm dəyişir, qrip artır: Virusdan necə qorunmalı?
İlkin Şakiroğlu yazır-Kitab oxumayan cəmiyyət
İlkin Şakiroğlu yazır- Hüzursuzluq: Səbəbi puldur, yoxsa səhv seçimlər?
Təzyiq xəstələri nələrə diqqət etməlidir?
Share This Article
Facebook Email Print
Previous Article Biləcəridə yol niyə çökdü?
Next Article ilkinxeber.az informasiya agentliyindən Teymur üçün yardım çağırışı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?