İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, kənd təsərrüfatının müxtəlif sahələri üzrə yeni dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək. Yeni qərara əsasən, buzovların hər birinə 250 manat subsidiya verilməsi nəzərdə tutulur.
Subsidiya Şurasının qərarı ilə müəyyənləşdirilən yeni dəstək tədbirləri kənd təsərrüfatında müasir suvarma sistemlərinin genişləndirilməsinə, yüksək gəlirli məhsulların istehsalının artırılmasına və emal sənayesinin yerli xammalla təmin edilməsinə yönəlib.
Bununla yanaşı, yeni subsidiyaların kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsinə, sahənin rəqabət qabiliyyətinin yüksəldilməsinə, həmçinin balıqçılıq və akvakultura sektorlarının inkişafına töhfə verməsi gözlənilir.
Kənd təsərrüfatına yeni dövlət dəstəyi
Şərh edilməmiş
