Meksikada dini festival zamanı pirotexniki vasitələrin partlaması nəticəsində ağır faciə baş verib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Meksika ştatının Temaskalsinqo şəhərində, Nuestra Señora de la Luz kilsəsinin yaxınlığında baş verib.
Məlumata görə, yüzlərlə insanın toplaşdığı festival zamanı atəşfəşanlıq üçün hazırlanan pirotexniki vasitələr partlayıb. Güclü partlayış nəticəsində ərazidəki divarlardan biri uçub, dağıntılar altında insanlar qalıb.
Hadisə nəticəsində ən azı 10 nəfər həyatını itirib, 64 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında iki keşişin də olduğu bildirilir.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Meksika Dövlət Baş Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.
