İLKİNxeber.azın əldə etdiyi məlumata əsasən Azərbaycan ərazisindən könüllü köç etmiş 27 296 nəfər Ermənistan vətəndaşlığı alıb.
Məlumatı Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentdə 2025-ci ilin büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə 39 650 müraciət daxil olub. Müraciətlərin təxminən 28 mini uşaqların adına verilib və onlardan təxminən 12 mini təsdiqlənib. Bildirilib ki, indiyədək imtina halları qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin fevralında Ermənistanın daxili işlər naziri Arpine Sarqsyan Qarabağı könüllü tərk etmiş təxminən 30 min nəfərə Ermənistan vətəndaşlığının verildiyini açıqlamışdı.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan həmin şəxslərin vətəndaşlıq prosesinin sürətləndirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq vermişdi.
