İLKİNxeber.azın xəbər verdiyinə görə Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17 ilə 19 dərəcə isti, gündüz 27 ilə 32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70 ilə 75 faiz, gündüz 45 ilə 50 faiz arasında dəyişəcək.
Ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi yerlərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.
Dağlıq ərazilərdə havanın temperaturu gecə 8 ilə 13 dərəcə isti, gündüz 15 ilə 20 dərəcə isti, bəzi yerlərdə isə 23 ilə 27 dərəcə isti olacaq.
