Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, “Toyota” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun arakəsməsinə çırpılıb və aşıb.
Hadisə səhər saatlarında baş verib. Sürücünün təhlükəsizlik kəmərindən istifadə etməsi onun daha ağır xəsarət almasının qarşısını alıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yorğun və yuxulu halda sükan arxasına keçməməyə çağırıb.
Bakı–Qazax yolunda dəhşətli qəza. VİDEO
Şərh edilməmiş
