İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 3,8 milyard dollar və ya 33 faiz artaraq 15,3 milyard dollara yüksəlib.
Bu göstərici Mərkəzi Bankın valyuta ehtiyatlarının tarixi maksimumu hesab olunur.
AMB-nin məlumatına görə, yalnız avqust ayında valyuta bazarından 1,5 milyard dollar həcmində xarici valyuta alınıb.
Mərkəzi Bank qeyd edib ki, alınan valyutanın bir hissəsi və ya tam həcmi bazardakı tələb və vəziyyətdən asılı olaraq yenidən bazara çıxarıla bilər.
Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
Şərh edilməmiş
