Azərbaycan Orta Dəhliz marşrutunda yerləşən strateji mövqeyi ilə Argentina üçün Mərkəzi Asiyada iqtisadi fəaliyyətini genişləndirmək baxımından önəmli körpü rolunu oynaya bilər.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu fikirləri Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Argentinanın “Diafanís” jurnalına müsahibəsində səsləndirib.
Səfir bildirib ki, Azərbaycan yalnız Argentinanın birbaşa ticarət tərəfdaşı kimi deyil, həm də onun Mərkəzi Asiya regionuna çıxış imkanlarının artırılmasında mühüm rol oynaya bilər. Onun sözlərinə görə, Asiya ilə Avropanı quru yol vasitəsilə birləşdirən Transxəzər – Orta Dəhliz marşrutunun mərkəzində yerləşən Azərbaycan bu sahədə həm regional, həm də qlobal nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir.
