Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən proqram üzrə ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.
Hazırda təmir proqramının 82 faizi icra olunub. Daha 6 küçə və prospektdə işlər davam etdirilir. Növbəti mərhələdə isə əlavə 14 küçə və prospektdə təmir işlərinin aparılması planlaşdırılır.
Bakıda 90 küçə və prospektdə təmir başa çatıb
Şərh edilməmiş
