By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Qarabağ Universiteti İTÜ ilə ikili diplom proqramına başlayır
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Qarabağ Universiteti İTÜ ilə ikili diplom proqramına başlayır
Dünya

Qarabağ Universiteti İTÜ ilə ikili diplom proqramına başlayır

Lamiyə Turqay
Last updated: İyul 15, 2026 7:04 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən Türkiyənin İstanbul Texniki Universiteti ilə beynəlxalq ikili diplom proqramına start verəcək.

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, proqram Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində həyata keçiriləcək.

Dünyanın mühəndislik sahəsində aparıcı ali təhsil ocaqlarından biri olan İstanbul Texniki Universiteti ilə birgə həyata keçiriləcək proqram İnşaat mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Mexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsil İTÜ-nün proqramları əsasında tamamilə ingilis dilində təşkil olunacaq.

Tələbələr ilk üç il Xankəndi şəhərində, sonuncu – dördüncü ildə isə İstanbulda təhsil alacaqlar. Dörd il ərzində dərslər İTÜ professorları tərəfindən tədris ediləcək.

Qeyd olunub ki, proqram çərçivəsində bütün xərclər dövlət hesabına qarşılanacaq. Məzunlar həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomunu əldə edəcəklər.

Proqram tələbələrə müasir akademik məzmun, nəzəri biliklər və praktiki bacarıqlar qazandırmağı hədəfləyir. Qarabağ Universitetində İTÜ təcrübəsi əsasında yaradılacaq laboratoriyalar tədris, tədqiqat və innovasiya fəaliyyətlərinin inkişafına, eləcə də sənaye müəssisələrinin kampusa cəlb olunmasına imkan verəcək.

Hazırlanacaq yüksəkixtisaslı mütəxəssislərin yerli və beynəlxalq əmək bazarında uğurla fəaliyyət göstərəcəyi gözlənilir.

Qeyd edək ki, “QS World University Rankings 2027” nəticələrinə əsasən İstanbul Texniki Universiteti Türkiyə universitetləri arasında birinci, dünya üzrə isə 279-cu pillədə qərarlaşıb.

Bu proqramın iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi bildirilir.

Ukrayna cəbhəsində 450 erməni separatçısı məhv edilib
Əli Əsədov BMT-nin xüsusi elçisini qəbul etdi
Səfir postunda dəyişiklik: Elçin Hüseynli geri çağırıldı
XİN: Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib
Kəbədə terror hücumunun qarşısı alınıb
Share This Article
Facebook Email Print
Previous Article Azərbaycan Argentinanın Mərkəzi Asiyaya çıxışında strateji tərəfdaşdır
Next Article Zidan Fransa millisinin baş məşqçisi ola bilər
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?