Nepalda baş verən güclü daşqın və sel fəlakəti nəticəsində ölənlərin sayı 1 367 nəfərə yüksəlib. Təbii fəlakət nəticəsində təxminən 5 132 nəfərin itkin düşdüyü bildirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Nepalın yerli qurumları məlumat yayıb.
Fəlakət avqustun 26-da ölkənin şimalında başlayıb. İlkin məlumatlara görə, dağlıq ərazidə baş verən buzlaq və qaya uçqunu çay yatağının qarşısını kəsib, ardınca böyük həcmdə su, qaya və palçıq kütləsi yüksək sürətlə aşağı ərazilərə doğru hərəkət edib.
Selin 70 kilometrdən çox məsafəyə yayılması nəticəsində yaşayış məntəqələri və infrastruktura ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir.
