ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə parlamentinin, Xalq Skupşinasının buraxılması ilə bağlı fərman imzalayıb.
Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi qərara alınıb. Vuçiç xalqa müraciətində ölkədəki siyasi gərginlik və qarşıdurmaların növbədənkənar seçkilərin keçirilməsini zəruri etdiyini bildirib.
Parlamentin buraxılması Serbiyada erkən parlament seçkilərinin keçirilməsi üçün zəruri hüquqi prosedurdur. Hakim Serb Tərəqqi Partiyası prezidentlik müddəti gələn il başa çatacaq Aleksandr Vuçiçi qarşıdakı seçkilərdə baş nazir vəzifəsinə namizəd göstərib.
