Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağ və Şərqi Zəngəzura diplomatik korpus nümayəndələri ilə birlikdə 22-ci səfərin həyata keçirildiyini bildirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Hacıyev son altı il ərzində bu ərazilərdə genişmiqyaslı transformasiyanın baş verdiyini qeyd edib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur hazırda əsl intibah dövrünü yaşayır. Hər səfər zamanı ərazilərdə aparılan yenidənqurma işləri, inkişaf və həyatın geri qayıtması istiqamətində yeni nailiyyətlər müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzurda böyük dəyişikliklər davam edir
Şərh edilməmiş
