İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında təmaslar mütəmadi şəkildə davam etdirilir. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin müzakirəsi baxımından mühüm fürsətdir.
Ceyhun Bayramov Azərbaycan Türkiyə münasibətlərinin dünyada bənzərinin olmadığını vurğulayıb. O bildirib ki, bütün sahələr üzrə əməkdaşlığın əsas istiqamətləri Şuşa Bəyannaməsində öz əksini tapıb.
