ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı Nuran Abdurrahmanovun cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Məhkəmənin yekun qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
