Böyük Britaniyada fəaliyyət göstərən “Revolut” bankından müştərilərə məxsus məxfi məlumatların yayılmaması müqabilində 3 milyon dollar fidyə tələb edilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, “iamnotavillain” adlı haker qrupu banka 24 saat ərzində 3 milyon dollar və ya 6 min “Monero” kriptovalyutası ödəməsi üçün tələb irəli sürüb.
Hakerlər bildiriblər ki, tələb yerinə yetirilməyəcəyi təqdirdə “Revolut”un 680 müştərisinə aid məxfi məlumatları digər kibercinayətkar qruplara satacaqlar.
Sızdırıldığı iddia edilən məlumatlar arasında müştərilərin doğum tarixləri, poçt ünvanları və telefon nömrələri, eləcə də şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqələrinin surətləri yer alır.
