İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında görülən işlərlə tanış olub.
Məlumata görə, bazada həyata keçirilən tədbirlər NATO standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlar zamanı qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəlib.
Nazir burada hərbi qulluqçuların döyüş hazırlığının, maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Zakir Həsənov Hərbi Polis İdarəsinin bazasında olub
Şərh edilməmiş
