Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi yaradılacaq
Azərbaycanda Türkiyə ilə əməkdaşlıq çərçivəsində iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yeni təhsil müəssisələrinin Bakı və Quba şəhərlərində fəaliyyətə başlaması planlaşdırılır. Layihə çərçivəsində təhsil alan tələbələr həm Azərbaycan, həm də Türkiyə tərəfindən tanınan peşə təhsili diplomları əldə edəcəklər.
İlqar Bayramlı bildirib ki, yaradılacaq müəssisələrdə ümumilikdə 5 ixtisas üzrə tədris aparılacaq. Hazırda layihənin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir.
