İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sərnişinlərin sabahdan ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarından rahat istifadə etməsi üçün həmin stansiyalar bir sıra müntəzəm marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyənləşdirilib.
Məlumata görə, “Avtovağzal” stansiyasının “Piramida” tərəfdə yerləşən girişinin qarşısında müntəzəm marşrut avtobusları üçün dayanacaq sahəsi təşkil olunub və ərazi üç hissəyə ayrılıb. Sərnişinlərin rahatlığı üçün dayanacaqlar müvafiq nişanlarla işarələnib.
Belə ki, Bakı-Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən aşağıdakı marşrutlar “Avtovağzal” stansiyasının qarşısında aralıq dayanacaq edəcək:
Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503, 508;
Xırdalan şəhərindən gələn 119, 135;
Masazır kəndindən gələn 142, 525A, 525B;
Müşfiqabad qəsəbəsindən gələn 114A, 114B;
Hökməli qəsəbəsindən gələn 156, 156A;
Sulutəpə qəsəbəsindən gələn 158;
Çiçək qəsəbəsindən gələn 159;
Binəqədi qəsəbəsindən gələn 170;
Biləcəri qəsəbəsindən gələn 83A.
Avtobusların Bakı-Sumqayıt yoluna maneəsiz çıxışını təmin etmək məqsədilə ərazidə xüsusi hərəkət zolağı da yaradılıb.
Bundan əlavə, Lökbatan qəsəbəsindən hərəkət edən 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli avtobuslar “Xocəsən” metrostansiyasında aralıq dayanacaq edəcək.
Bu avtobuslar sabahdan “Avtovağzal”da dayanacaq
Şərh edilməmiş
