İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.
XİN bildirib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edir.
Azərbaycan tərəfi Tsxinvali bölgəsində keçirilən qanunsuz seçkilərin heç bir hüquqi qüvvəyə malik olmadığını vurğulayıb.
XİN: Tsxinvali seçkilərini tanımırıq
Şərh edilməmiş
