Filippinin cənubunda yerləşən təhsil müəssisələrindən birində silahlı insident baş verib.
“ilkinxeber.az” informasiya agentliyinin məlumatına görə, hadisə Cənubi Kotabato əyalətində qeydə alınıb. “Reuters”in əyalət qubernatoru Reynaldo Tamayoya istinadən yaydığı xəbərdə bildirilir ki, silahlı insident nəticəsində 6 nəfər həyatını itirib.
Hadisə zamanı daha 17 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib. Yaralananların vəziyyəti və hücumun səbəbləri ilə bağlı araşdırma aparılır.
İnsidentdən sonra bölgədəki məktəblərdə tətil elan edilib.
