By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Uşaq evindən çıxan gənclərə 6000 manat veriləcək
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Uşaq evindən çıxan gənclərə 6000 manat veriləcək
Ölkə

Uşaq evindən çıxan gənclərə 6000 manat veriləcək

Lamiyə Turqay
Last updated: Sentyabr 23, 2026 9:49 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu il uşaq evlərindən 28 gənc ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Ali məktəbə qəbul gənclərin həyatında mühüm mərhələ olsa da, xüsusilə valideyn və yaxınlarının dəstəyindən məhrum olan şəxslər üçün təhsil, yaşayış, maddi təminat, psixoloji adaptasiya və gələcək məşğulluq məsələləri əlavə çətinliklər yarada bilər.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar həyatlarının müxtəlif mərhələlərində dövlət qayğısı ilə əhatə olunurlar. Onlara sosial, psixoloji, məişət, pedaqoji və digər xidmətlər göstərilir.
Qeyd edilib ki, dövlət dəstəyi yalnız uşaqların uşaq evlərində olduğu dövrlə məhdudlaşmır. Valideyn himayəsindən məhrum olmuş və ali, orta ixtisas və ya peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslər təhsil müddətində də müvafiq qayğı ilə təmin edilirlər.
Gənclərin yeni həyata uyğunlaşması, təhsillərini davam etdirməsi, məşğulluğunun təmin olunması və sosial məsələlərinin həlli istiqamətində müəssisələrdə çalışan sosial işçilər və psixoloqlar tərəfindən dəstək göstərilir.
Bundan əlavə, qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə düzəldikdə dövlət tərəfindən 6000 manat məbləğində birdəfəlik müavinət alırlar.
Beləliklə, uşaq evlərindən çıxaraq təhsilini davam etdirən gənclərin müstəqil həyata keçid dövründə qarşılaşa biləcəkləri sosial, məişət və digər çətinliklərin aradan qaldırılması üçün dövlət dəstəyi davam etdirilir.

Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanlar verilir
Metroya alternativ olaraq hansı marşrut açılır?
Fermerlərə yeni dəstək: Əkin kreditlərinin faizini dövlət ödəyəcək
Təkbaşına tarix yazan qəhrəman: Mübariz İbrahimovun şəhidliyindən 16 il ötür
TƏBİB-dən Samuxdakı qarayara ilə bağlı açıqlama
Share This Article
Facebook Email Print
Previous Article İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Next Article Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edildi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?