İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirkini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Görüş zamanı Azərbaycanla Estoniya arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və təmasların münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tiina Nirk ölkələrimiz arasında, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını bildirib. Görüşdə siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini qeyd ediblər.
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Şərh edilməmiş
