İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanda hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatı ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir.
Hərbi ekspert Ədalət Verdiyevin yaydığı məlumata görə, Azərbaycan Ordusunda maaş və pensiya sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, yeni sistemdə hərbi qulluqçuların əməkhaqqının xidmət keçdiyi yer, xidmətin xüsusiyyətləri, şərtləri və ağırlıq dərəcəsi nəzərə alınmaqla hesablanması nəzərdə tutulur.
Məlumata əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşlarının orta hesabla 25 faiz və daha çox artırılması, vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və rütbə maaşının əməkhaqqındakı payının 70 faizə çatdırılması planlaşdırılır.
Bundan əlavə, hərbi qulluqçuların pensiya təminatı mexanizminin təkmilləşdirilməsi və prosesin tam rəqəmsallaşdırılması istiqamətində dəyişikliklərin olacağı bildirilir.
Qeyd edək ki, məlumat hərbi ekspert Ədalət Verdiyevin açıqlamasına əsaslanır. İslahatların tətbiqi ilə bağlı yekun qərarın aidiyyəti qurumlar tərəfindən açıqlanması gözlənilir.
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Şərh edilməmiş
