Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində növbəti kadr dəyişikliyi ilə bağlı sərəncam imzalayıb.
İLKİNxeber.az xəbər verir ki, sərəncama əsasən, Agentliyin sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev tutduqları vəzifələrdən azad ediliblər.
Məlumata görə, hər iki şəxs uzun illərdir AAYDA rəhbərliyində təmsil olunurdu. Onlar 2017-ci ildə qurumun sədr müavini vəzifəsinə təyin edilmişdilər.
Qeyd edək ki, sözügedən qərar dövlət başçısının imzaladığı müvafiq sərəncamla rəsmiləşdirilib.
Başlıq: Prezident AAYDA rəhbərliyində dəyişiklik etdi
