ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin Moskva səfəri ilə bağlı sualını cavablandırıb.
Rusiyalı jurnalist Zelenskiyə bir neçə dəfə “Moskvaya nə vaxt gedəcəksiniz?” sualını ünvanlayıb. Ukrayna lideri isə “Raketlə gələcəyəm” cavabını verib.
Hadisə Zelenskinin BMT Baş Assambleyasının iclası ilə əlaqədar Nyu-Yorkda olduğu vaxt baş verib. Onun cavabı ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
