İlkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, baş verən hadisə zamanı gəmidə ümumilikdə 13 nəfərlik heyət üzvü olub. Heyət üzvlərindən biri Türkiyə vətəndaşı, digər 12 nəfər isə Azərbaycan vətəndaşlarıdır.
Hadisənin ilkin təfərrüatlarına əsasən, insident zamanı hər hansı ölüm və ya xəsarət halı qeydə alınmayıb. Hazırda ekipaj üzvlərinin vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, hadisənin başvermə səbəbləri və detalları hələlik tam açıqlanmayıb. Bununla bağlı araşdırmaların aparıldığı qeyd olunur. Hadisənin texniki nasazlıq, hava şəraiti və ya digər amillərlə bağlı olub-olmadığı araşdırma nəticəsində müəyyən ediləcək.
Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti dövlət qurumuna rəsmi sorğu ünvanlanıb. Qurumdan cavab daxil olduqdan sonra əlavə məlumatın ictimaiyyətə təqdim olunacağı gözlənilir.
