ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlarla bağlı bankların güzəşt imkanları və məhkəmə prosedurları yenidən gündəmə gəlib.
Bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bankların borclulara restrukturizasiya tətbiq etmək, ödəniş müddətini uzatmaq və ya faizləri dondurmaq kimi hüquqi öhdəliyi yoxdur. Onun sözlərinə görə, belə güzəştlər əsasən bankın kommersiya maraqları nəzərə alınaraq edilir.
Ekspert qeyd edib ki, istehlak kreditləri üzrə iddia müddəti 1 il təşkil edir. Lakin bankın məhkəməyə müraciət etmək üçün bu müddətin tamamlanmasını gözləməsi tələb olunmur. Danışıqlar nəticə vermədikdə bank daha erkən də məhkəməyə müraciət edə bilər.
Məhkəmə qərarından sonra isə borcun tutulması icra qaydasında həyata keçirilir. Əməkhaqqı, pensiya və digər gəlirlərdən ümumilikdə maksimum 50 faiz tutulması mümkündür. Aliment öhdəliyi olduqda bu hədd 70 faizə çata bilər.
Bildirilib ki, girov qoyulmuş əmlak borcun ödənilməsinə yönəldilə bilər. Eyni zamanda, qanunvericiliklə qorunan bəzi əmlaklara, o cümlədən girovda olmayan yeganə yaşayış sahəsinə və gündəlik tələbat üçün zəruri əşyalara dair məhdudiyyətlər mövcuddur.
Bank borcunu ödəyə bilməyənlərə SƏRT XƏBƏRDARLIQ
Şərh edilməmiş
