İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları İran ərazisindən Azərbaycana uçuş aparatı vasitəsilə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alıblar.
Hadisə Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Keçirilən tədbirlər nəticəsində ümumi çəkisi 111 kiloqram 200 qram olan narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Məlumata görə, sentyabrın 22-də 57 kiloqram 500 qram, sentyabrın 24-də isə 53 kiloqram 700 qram narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma tədbirləri davam etdirilir.
PUA ilə Azərbaycana 111 kiloqramdan çox narkotik keçirmək istədilər
Şərh edilməmiş
