İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Milli Məclisin 2026-cı il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək.
İclasın gündəliyinə ümumilikdə 16 məsələ daxil edilib.
Gündəliyə 27 Sentyabr – Anım Günü ilə bağlı Milli Məclisin Bəyanatı, sessiyanın qanunvericilik işləri planı, Ombudsman haqqında Konstitusiya Qanununa dəyişiklik, həmçinin vergi, miqrasiya, sosial sığorta, gömrük, dövlət satınalmaları və digər sahələrlə bağlı qanun layihələri daxildir.
Bundan başqa, İordaniya ilə vizadan qarşılıqlı azadolma, Monqolustanla hava əlaqəsi, Ukrayna ilə hökumət rabitəsi və Slovakiya ilə məxfi məlumatların mübadiləsinə dair sazişlərin təsdiqi məsələləri də müzakirəyə çıxarılacaq.
Gündəliyə, həmçinin Dövlət Qulluğu Məcəlləsinin layihəsi, Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər, hərbi qulluqçuların, polis, gömrük, prokurorluq və digər xidmət sahələrinin hüquqi tənzimlənməsi ilə bağlı qanun layihələri daxil edilib.
Sessiyanın ilk iclasında ümumilikdə 16 məsələ müzakirə olunacaq.
Milli Məclisin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək
Şərh edilməmiş
