İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Zərdabda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.
Hadisə sentyabrın 23-də rayon ərazisində baş verib. Rayon sakini Azəri Ülvi Zahirəli oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkinxeber.az informasiya agentliyi bildirir ki, hadisə ilə bağlı araşdırma aparılır.
Zərdabda yol qəzasında xəsarət alan sürücü xəstəxanada öldü
Şərh edilməmiş
