İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Kriştianu Ronaldu Portuqaliya millisinin Uelslə qarşılaşmasında əlverişli mövqedən zərbə zamanı qazondan narazılığını nümayiş etdirib.
Uğursuz epizoddan sonra qazona işarə edən futbolçu emosional reaksiya verib və hirsini otu təpikləməklə ifadə edib.
Ronaldu matçda 67 dəqiqə meydanda olub və Uels qapısına 7 zərbə endirib. Lakin bu zərbələrin heç biri qolla nəticələnməyib.
Buna baxmayaraq, Portuqaliya Joao Feliksin vurduğu yeganə qolla Uels üzərində 1:0 hesablı qələbə qazanıb.
Ronaldu qazondan gileyləndi
Şərh edilməmiş
