İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağstafada fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Hadisə Soyuqbulaq–Köçvəlili yolunda baş verib. “Ford” markalı mikroavtobus idarəetmədən çıxaraq əvvəlcə ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, mikroavtobusda olan şəxslər fəhlələr olub.
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb
Şərh edilməmiş
