By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: İlkin Şakiroğlu yazır: Xəstəlikdən ağır olan münasibət
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > İlkin Şakiroğlu yazır: Xəstəlikdən ağır olan münasibət
Marağlı

İlkin Şakiroğlu yazır: Xəstəlikdən ağır olan münasibət

Lamiyə Turqay
Last updated: Sentyabr 25, 2026 5:55 axşam
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

İnsan sağlamlığını itirəndə həyatın adi axarı dəyişir. Dünən əhəmiyyətsiz görünən bir ağrı bu gün insanın bütün fikrini zəbt edir. Xəstəxananın qapısından içəri girən adamın gözündə artıq bir sual olur: mənə nə olub və bundan sonra nə olacaq?
İnsan xəstəxanaya müalicə almağa gedir. Onun əsas ehtiyacı sağlamlığına qovuşmaqdır. Həkim isə bu ehtiyac qarşısında öz biliyi, təcrübəsi və məsuliyyəti ilə dayanır.
Həkimlə xəstə arasındakı münasibətin əsasını da elə bu məsuliyyət təşkil etməlidir. Xəstə həkimin qarşısında özünü izah etməyə, dərdini danışmağa, xəstəliyinin nə olduğunu bilməyə çalışır. Həkim isə onu dinləməli, vəziyyəti mümkün qədər aydın anlatmalı və müalicə prosesinə inam yaratmalıdır.
Bunun üçün xüsusi sözlərə ehtiyac yoxdur. Normal münasibət kifayətdir.
Həkimin xəstəyə ayırdığı diqqət, verdiyi cavab, danışıq tərzi insanın yaddaşında qalır. Çünki xəstəxanaya gələn adam adi bir gündə deyil. O, narahatdır. Həkimdən aldığı münasibət həmin narahatlığın artmasına da, azalmasına da təsir edə bilər.
Nə qədər ki, həkim xəstəsinə müştəri gözü ilə baxırsa bu münasibət heç vaxt düzəlməyəcək.
Burada söhbət tibbi xidmətin ödənişli olub-olmamasından getmir. Həkim öz əməyinin qarşılığını almalıdır. Məsələ odur ki, pul münasibəti insan münasibətinin qarşısına keçməsin.
Həkimlik sıradan xidmət sahəsi deyil. Həkim insanın sağlamlığı ilə işləyir. Xəstə də qarşısındakı şəxsin bu məsuliyyəti daşıdığını bilməlidir.
Təbii ki, həkimlərin də çətinlikləri var. Xəstə çoxluğu, uzun iş saatları, yorğunluq, ağır qərarlar və böyük məsuliyyət bu peşənin reallığıdır. Həkimi bütün problemlərin səbəbi kimi göstərmək doğru olmaz. Səhiyyə sisteminin quruluşu, idarəetmə, iş şəraiti və xidmətin təşkili də münasibətlərə təsir edir.
Amma bütün bunların içində bir məsələ dəyişməməlidir: xəstənin insan kimi qəbul edilməsi.
Xəstə də öz növbəsində həkimə hörmət etməli, müalicə qaydalarına əməl etməli və öz sağlamlığına məsuliyyətlə yanaşmalıdır. Qarşılıqlı hörmət olmadan bu münasibətin sağlam qurulması mümkün deyil.
Biz səhiyyəni yalnız xəstəxananın binası, tibbi avadanlıq və müayinə imkanları ilə ölçə bilmərik. Səhiyyənin bir üzü də həkimin xəstəyə, xəstənin həkimə münasibətidir.
Çünki ən müasir cihaz belə insana laqeyd münasibəti əvəz etmir.
Həkim öz peşəsinin nüfuzunu yalnız düzgün diaqnozla deyil, xəstəyə göstərdiyi münasibətlə də qoruyur. Xəstə isə həkimdən yalnız müalicə yox, özünə hörmətlə yanaşılmasını gözləyir.
Məsələ əslində çox sadədir. Xəstə həkimin qarşısına pul kisəsi ilə yox, dərdi ilə gəlir.
Bunu unutduğumuz gün həkimlik də, xəstəlik də yalnız rəqəmlərdən və prosedurlardan ibarət olacaq.
Səhiyyənin mərkəzində isə həmişə insan dayanmalıdır.

İlkin Şakiroğlu yazır: Cəlilabadda xəstə olmaq niyə bu qədər çətindir?
YouTube-da pul qazanmaq asanlaşır: Baxışlar artıq dərhal hesablanacaq
Mövsümü meyvələr: Sağlamlığın açarı, yoxsa gizli risk?
İlkin Şakiroğlu yazır: Gəncin diplom imtahanı
Darçının bilinməyən faydaları – Araşdırmalar nə deyir?
Share This Article
Facebook Email Print
Previous Article Kamçatka sahillərində gəmi yanıb: Dörd nəfər itkin düşüb
Next Article 27 Sentyabr-Torpağın yaddaşında qalanlar
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?