By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Dünya

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib

Lamiyə Turqay
Last updated: Sentyabr 28, 2026 12:34 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Göygöl rayonunda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası baş tutub.
İclasda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstanın Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvili rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Görüşdə üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Əvvəlki iclaslarda əldə edilən razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması əsas müzakirə mövzuları olub.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, risklərin idarə edilməsi, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə edilib.
Görüşün yekununda əldə olunmuş razılaşmaları əks etdirən protokol imzalanıb.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası da keçirilib.
Bu iclasda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, TIR və e-TIR mexanizmlərinin inkişafı, sərhədkeçmə proseslərinin sürətləndirilməsi və yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması məsələləri müzakirə olunub. Tərəflər həmçinin məlumat mübadiləsinin genişləndirilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası və risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilən razılaşmaları əks etdirən protokol imzalanıb.

Mehriban Əliyeva digər ölkələrin birinci xanımları ilə bir arada
İlham Əliyev Qarabağa görə Qırğızıstana təşəkkür etdi
Azərbaycan XİN Fransanın qərəzli mövqeyini sərt tənqid etdi
Milyonçuya qarşı 8 zorlama ittihamı
Rəqəmsal səyyahların Azərbaycanda yaşaması ilə bağlı yeni qaydalar
Share This Article
Facebook Email Print
Previous Article Gürcüstanda qanunsuz yaşayan 50 əcnəbi saxlanılıb – aralarında azərbaycanlılar da var
Next Article Mərkəzi küçələrdə hərəkət məhdudiyyəti bütün günlərə şamil olunur
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?