İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İran parlamentində ölkənin “Nüvə silahının yayılmaması haqqında” müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
İran parlamenti sədrinin müavini Əli Nikzadın sözlərinə görə, sənəd hazırda təşəbbüsün mümkün beynəlxalq nəticələri də nəzərə alınmaqla araşdırılır.
O bildirib ki, qanun layihəsi “fövqəladə əhəmiyyətli” statusu ilə parlamentin plenar iclasına çıxarılacaq və deputatlar həmin gün sənədə baxacaqlar.
Nikzad həmçinin İranın ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırdığını xatırladıb. O, BAEA-nın baş direktoru Rafael Qrossini tənqid edərək, təşkilatın İrana münasibətdə obyektiv davranmadığını iddia edib.
Parlament sədrinin müavini İranın BAEA ilə əməkdaşlığı dayandırmaq qərarını ölkəsinin maraqlarına uyğun hesab etdiyini bildirib.
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxmağa hazırlaşır
Şərh edilməmiş
