İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıya səfər edən FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Görüş zamanı Azərbaycanda futbolun inkişafı, ölkəmizdə keçiriləcək beynəlxalq turnirlər və qarşıdakı U-15-lər arasında dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.
