Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final qarşılaşmasında Azərbaycan millisi Ukrayna yığması ilə üz-üzə gəlib.
İlkinxeber.az xəbər verir ki, komandamız oyuna sürətli başlayaraq hesabı erkən açıb. Mirmehdi Rzayevin dəqiq zərbəsi millimizi önə keçirib.
Matçın son dəqiqələrində hesabı bərabərləşdirmək üçün risk edən Ukrayna yığması qapıçını meydan oyunçusu ilə əvəz etsə də, bu qərar onların əleyhinə işləyib. Boş qapıdan istifadə edən millimiz ikinci qolu vuraraq görüşün taleyini həll edib.
Beləliklə, Azərbaycan millisi rəqibini 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə Avropa çempionu adına sahib çıxıb.
