İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Milli Məclis İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyənləşdirilməsini təsdiqləyib.
Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi parlamentin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb və qəbul edilib.
Dəyişikliyə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata qaldırılır.
Qanun qüvvəyə minənədək Ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil ediləcək.
Qeyd edək ki, Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq olunacaq.
