İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun Böyükdüz kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, avtomobilin aşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza zamanı 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
