İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Nizami rayonunda gözəllik salonundan 3 000 manat dəyərində kosmetik vasitələrin oğurlanması ilə bağlı şübhəli şəxs saxlanılıb.
Araşdırmalar zamanı oğurluq əməlində şübhəli bilinən İ. Talıbov müəyyən edilərək tutulub.
Bundan başqa, marketdən 2 000 manat dəyərində mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən S. Bayramov da saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
