İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Gəncə şəhərində 42 yaşlı kişi bıçaqlanıb.
Hadisə nəticəsində 42 yaşlı T. Baxşıyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
