By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Azərbaycanda 47 min yeni iş yerinin yaradılması planlaşdırılır
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Azərbaycanda 47 min yeni iş yerinin yaradılması planlaşdırılır
Ölkə

Azərbaycanda 47 min yeni iş yerinin yaradılması planlaşdırılır

Lamiyə Turqay
Last updated: Oktyabr 14, 2026 9:13 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda təxminən 4 300 layihənin maliyyələşdirilməsi üçün 223 milyon manat güzəştli kredit ayrılıb.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda məlumat verib.

Nazir müavininin sözlərinə görə, sentyabrın 1-dək ölkədə 528 sahibkarlıq subyektinə ümumilikdə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələr çərçivəsində 9,3 milyard manat investisiyanın yatırılması və təxminən 47 min yeni iş yerinin yaradılması planlaşdırılır.

Elnur Əliyev bildirib ki, 17 strateji istiqaməti əhatə edən investisiya təşviqi mexanizminin müddəti 2029-cu ilə qədər uzadılıb.

O qeyd edib ki, investisiya təşviqi sənədlərinin verilməsi ilə yanaşı, nəzərdə tutulan layihələrin faktiki icrası, müəssisələrin fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması da diqqətdə saxlanılmalıdır. Nazir müavini vurğulayıb ki, eyni yanaşma iri investisiya razılaşmalarına da şamil edilməlidir.

Elnur Əliyev biznesin rəqabət qabiliyyətinin artırılmasında infrastruktur xidmətlərinin roluna da toxunub. Onun fikrincə, enerji, su, nəqliyyat və rabitə xidmətlərinin qiyməti, keyfiyyəti və etibarlılığı istehsal müəssisələrinin fəaliyyətinə birbaşa təsir göstərir.

Nazir müavini bildirib ki, sahibkarların müasir avadanlıqlardan istifadə etməsi və idarəetməni təkmilləşdirməsi ilə yanaşı, infrastrukturun yenilənməsi, qoyulan investisiyaların geri dönüşü və istifadəçilərin maraqları arasında tarazlıq qorunmalıdır. O, həmçinin xidmətlərə qoşulma şərtlərinin, xidmət standartlarının və müraciətlərə baxılma müddətlərinin aydın müəyyənləşdirilməsinin biznes üçün əhəmiyyətini qeyd edib.

Dövlət-özəl tərəfdaşlığının infrastrukturun inkişafı üçün əlavə imkanlar yaratdığını bildirən Elnur Əliyev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə müqavilənin imzalanmasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti 2026–2027-ci illər üzrə ümumilikdə 9 layihəni təsdiqləyib. Nazir müavini belə layihələrdə rəqabətli seçim mexanizminin tətbiqinin, risklərin düzgün bölüşdürülməsinin və müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

O əlavə edib ki, layihələrin seçim mərhələsində əldə olunan üstünlüklər son nəticədə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və dövlət vəsaitindən səmərəli istifadəyə xidmət etməlidir.

Bakıda leysan yağış ehtimalı var
75 minlik dələduzluq işi: Məhkəmə başladı, vəsatət rədd edildi
Penitensiar xidmətə yeni rəis təyin edilib
Dəniz Mövsümü Açıldı: Sahillər İstirahətə Hazırdır
Yarışla bağlı sürücülərə müraciət edildi
Share This Article
Facebook Email Print
Previous Article Robert Koçaryanın həbs qətimkan tədbiri dəyişdirilmədi
Next Article Ödəniş sistemləri üzrə yeni tariflər nəyi dəyişəcək?
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?